Qazaxıstanda qazı bahalaşdıran zavod direktoru saxlanılıb


11:18     05 Yanvar 2022 22_01_05_1641363551.jpg

Qazaxıstanın Manqistau vilayətinin Janaozen rayonundakı təbii qaz emalı zavodunun direktoru saxlanılıb.

Femida.az xəbər verir ki, məlumatı “Zakon.kz” yayıb.

Bildirilib ki, onunla birlikdə maye qazın elektron ticarəti bölməsinin rəhbəri də saxlanılıb.

Məlumata görə, zavod direktoru heç bir səbəb olmadan təbii qazı bahalaşdırıb.

Xatırladaq ki, Qazaxıstanda yanvarın 2-dən Janaozen rayonu başda olmaqla Manqistau vilayətinin digər bölgələrində etiraz aksiyaları keçirilib. Sakinlər maye qazın qiymətinin kəskin artmasına etiraz ediblər. Ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.

Hökumət Manqistau vilayətində maye qazın qiymətini 1 litr üçün 50 təngəyə (0,11 dollara və ya 20 qəpik - red.) endirsə də etirazlar davam edir.

Ölkə Prezidenti Kasım-Jomart Tokayev vilayətdə yanvarın 19-dək fövqəladə vəziyyət rejimi elan edib.

Açar sözlər:

Oxunub: 306