Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanııb
11:58 05 Yanvar 2022
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində silsilə əməliyyatlar keçirilib. Keçirilmiş tədbirlərlə 9 nəfər tutularaq məsuliyyətə cəlb olunub və 6 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Tülü kənd sakini Elşən Orucov saxlanılıb və şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin narkotik vasitəni rayon sakini Şahmurad Bodurovdan, Ş.Bodurovun isə Gərəkli kənd sakini Ramazan Umayevdən 100 qramını 500 manata aldığı müəyyən edilib. Onların hər ikisi saxlanılıb və şəxsi axtarış zamanı qurudulmuş marixuana, eləcə də narkotik satışından əldə etdikləri pul aşkarlanaraq maddi sübut kimi götürülüb. R.Umayevin özünün nəzarətində olan,ancaq heç kimin yaşamadığı xalasının evinə baxış keçirilən zaman oradan 3 kq 635 qram marixuana aşkar edilib və qablaşdırılaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyatlar zamanı isə rayon sakinləri, əvvəllər məhkum olunmuş Rasim Əliyev, Taleh Ömərov və Tural Ərbəşiyev saxlanılıblar. R.Əliyevdən 455, T.Ömərovdan 196 qram marixuana, T.Ərbəşiyevdən isə “patı” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanıb.
Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 3 nəfər – əvvəllər də eyni əmələ görə bir neçə dəfə məhkum olunmuş Saleh Bayramov, Samir Ayvazov və Səxavət Qədirov saxlanılıblar. Saleh Bayramovun Mahamalar kəndində yaşadığı ünvana baxış keçirilərkən istixanada, xəzəllərin arasında gizlətdiyi sellofan torbadakı 400 qrama yaxın qurudulmuş marixuana qablaşdırılaraq götürülüb. Digər iki nəfərin üzərinə baxış keçirilən zaman Samir Ayvazovdan heroin, Səxavət Qədirovdan isə 350 qram marixuana aşkarlanıb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxunub: 554
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib
- Balakəndə koronavirus xəstəsi iş yerində aşkarlanıb