Abşeronda yolu keçən 39 yaşlı kişini avtomobil vurub


12:12     05 Yanvar 2022 22_01_05_1641365471.jpg

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Nağıyev Ramil Valeh oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ incik və kürək sümüyünün sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 571