Ağstafada ərini balta ilə öldürməkdə təqsirləndirilən qadın həbs olunub, cinayət işi başlanılıb


19:11     05 Yanvar 2022 22_01_05_1641393718.jpg

Ağstafa rayonunda ərini balta ilə qətlə yetirməkdə təqsirləndirilən qadın həbs olunub.

Bu barədə Femida.az-a Ağstafa Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Ağstafa rayonu, Dağkəsəmən kənd sakini, 1984-cü il təvəllüdlü Elvin Abdullayevin yaşadığı evdə öldürülməsi barədə yanvarın 4-ü saat 12 radələrində rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin arvadı, 1985-ci il təvəllüdlü Aynur Abdullayevanın yanvarın 3-ü saat 05 radələrində birlikdə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Elvin Abdullayevin baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aynur Abdullayeva təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 607