Sumqayıtda ticarət mərkəzindən 12 000 manatlıq ayaqqabı oğurlanıb


12:18     06 Yanvar 2022 22_01_06_1641457155.jpg

Sumqayıt şəhərində ticarət mərkəzlərindən birinin anbarından 12 000 manatlıq ayaqqabı oğurlanıb.

Femida.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 24-də şəhər ərazisindəki ticarət mərkəzlərindən birinin anbarından 12 000 manat dəyərində 400 cüt ayaqqabı oğurlamaqda şübhəli bilinən Ş.Məhərrəmov müəyyən edilərək saxlanılıb.

Açar sözlər:

Oxunub: 412