BNA üç marşrut avtobusunun iştirakı ilə baş verən qəza barədə məlumat yayıb


14:22     06 Yanvar 2022 22_01_06_1641460264.jpg

Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün Bakının Suraxanı qəsəbəsində - Zığ şosesində 104, 113 və 217 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların iştirakı ilə baş vermiş yol qəzası ilə bağlı açıqlama yayıb.

Femida.az -ın məlumatına görə, açıqlamada deyilir ki, hadisə nəzarətə götürülərək müvafiq araşdırma aparılıb. Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən "BUS TRANS" MMC", "Transkontrol" MMC və "Azlənd Plaza" MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb.

Hadisə nəqliyyat vasitələrinin reysə başlanma vaxtından əvvəl qeyd alındığından avtobuslarda sərnişin olmayıb. "Azlənd Plaza"nın müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb.

Açar sözlər:

Oxunub: 537