ÜST: “2022-ci il COVID-19 pandemiyasının son ili olmalıdır”
14:54 06 Yanvar 2022
"Bu il COVID-19 pandemiyasının son ili olmaqla yanaşı, həm də yeni həmrəylik mərhələsinin başlanğıcı olmalıdır. Məqsəd 2022-ci ilin ortalarınadək dünya ölkələrində əhalinin azı 70%-nin COVID-19-a qarşı peyvən olunmasından ibarətdir”.
Bunu Femida.az-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.
“Daha yüksək risk qrupuna aid insanlardan başlayaraq, əhalinin peyvəndlənməsini həyata keçirsək, pandemiyanın kəskin mərhələsinə son qoya bilərik. Ölkələr arasında peyvəndləmə göstəriciləri baxımından böyük uçurum var. Bərabərsizliyə son qoya bilsək, pandemiyaya da son qoya biləcəyik”, - o deyib.
Onun sözlərinə görə, 2021-ci il bir çoxlarımız üçün ağrılı keçdi: "Amma bu ilin boşa getməsinə imkan verə bilmərik. Ötən ilin bizə verdiyi dərsləri unutmamalıyıq".
T.Yazareviç vurğulayıb ki, daha yoluxucu olan “Omikron” ştamı “delta” ştamı ilə birlikdə dövr edir, həmçinin bu ştamlar dünya ölkələrinin səhiyyə sistemlərinə böyük təzyiq göstərir və göstərməkdə davam edəcək.
Oxunub: 499
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"