DSX Akademiyasına qəbul elan edilib


16:14     06 Yanvar 2022 22_01_06_1641462602.jpg

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına qəbul elan edilib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” və “Dəniz naviqasiyası mühəndisliyi” ali təhsil ixtisasları üzrə aparılacaq.

Nami­zədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulan ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.

Qeyd edilib ki, Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- ərizə;

- anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşa­dığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);

- tərcümeyi-hal;

- özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;

- attestatın notariat orqanları tərəfindən təs­diq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;

- orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təs­diq edilmiş surəti;

- yaşayış yerindən arayış;

- doğum haqqında şəhadətnamənin surəti;

- valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti;

- 4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).

Məlumatda qeyd olunub ki, DSX-nin Akademiyasında təhsil almaq arzusunda olan Azər­baycan vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:

Hərbi xidmətdə olmayanlar üçün –

- 2022-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.

Hərbi xidmətdə olanlar üçün –

- DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.

"Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar. Sənədlər Dövlət Sərhəd Xidmətinin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya DSX-nin yaxın­lıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələ­rinə təqdim edilməlidir", - DSX-dən bildirilib.

Açar sözlər:

Oxunub: 260