Gəncədə qudasını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır


18:20     06 Yanvar 2022 22_01_06_1641478879.jpg

Gəncə şəhərində qudasını bıçaqlaqmaqda təqsirləndirilən Nemət Yusubovun cinayət işi üzrə məhkəməsi başlayır.

Femida.az xəbər verir ki, iş yekunlaşaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakimi Xəqani Səmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci il iyulun 18-də Gəncə şəhərində qeydə alınıb.

Belə ki, Göygöl rayonunun Topalhəsənli kənd sakini, 1965-ci il təvəllüdlü Nemət Yusubov şəhər ərazisində fəaliyyət göstərən bazarların birində şəxsi münasibət zəmnində qudası, həmkəndlisi, 1963-cü il təvəllüdlü Elxan Abdullayevə bıçaqla xəsarət yetirib.

Hadisə yerindən qaçan N.Yusubov daha sonra saxlanılıb.

Açar sözlər:

Oxunub: 390