Masallıda qanunsuz ov edən şəxs saxlanılıb
21:06 06 Yanvar 2022
Masallıda qanunsuz ov edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Masallı rayon sakini N.Səfərov saxlanılıb.
Ondan 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl quşları aşkarlanıb.
Faktla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.2-ci (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
Oxunub: 398
Oxşar xəbərlər
- Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb
- Masallıda keçmiş məhkumun evindən 5 kq-a yaxın narkotik aşkarlanıb
- Masallıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Masallıda 7 il əvvəl baş verən qətlin yeni təfərrüatı məlum olub
- Masallıda qardaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Masallıda subasmaya görə köməksiz qalan vətəndaş xilas edilib
- Masallıda arvadını öldürən şəxsə 18 il həbs cəzası verilib
- Masallıda narkotiklə tutulan keçmiş məhkumun oğurluq əməllərinin üstü açılıb
- Masallıda üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb
- Masallıda məktəbli qızın ərə verilməsi ilə bağlı araşdırmalara başlanılıb