Gəncədə 55 yaşlı kişi meyiti aşkarlanıb


21:47     06 Yanvar 2022 22_01_06_1641485406.jpg

Gəncədə 55 yaşlı kişi meyiti aşkarlanıb.

Femida.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Məmmədov Vahid Səməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 451