Saatlıda itkin düşən azyaşlı tapılıb


10:27     07 Yanvar 2022 dinnnn.jpg

Saatlıda itkin düşən azyaşlı tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a bildirilib ki, yanvarın 6-da R.Məmmədov Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək azyaşlı qızının itməsi barədə məlumat verib.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.

Keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı uşaq qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

"Övladının itməsi ilə əlaqədar böyük həyəcan hissləri keçirən ata R.Məmmədov tez bir müddət ərzində qızının tam sağlam halda, heç bir zərər görmədən tapıldığına görə Azərbaycan polisi ilə fəxr etdiyini bildirib, DİN və Saatlı Rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkür edib", - məlumatda qeyd edilib.

Açar sözlər:

Oxunub: 440