Naxçıvan gömrükçüləri 47 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb


11:21     07 Yanvar 2022 22_01_07_1641540348.jpg

Naxçıvan MR-nın gömrükçüləri narkotik qaçaqmalçılığı üzrə daha bir cəhdin qarşısını alıb.

Femida.az bu barədə yerli Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, muxtar respublikanın ərazisindən tranzit keçməklə Türkiyəyə, oradan da təyinat ölkəsi Almaniyaya mebel və xalça yükü aparan 63AA657/63AA658 dövlət nömrə nişanlı “DAF” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman əşyaların içərisində şübhəli təsvirlər müəyyən olunub.

Şübhəli təsvirlər əsasında nəqliyyat vasitəsinin qoşqusuna baxış keçirilən zaman 6 ədəd kreslonun və 1 ədəd divanın qoltuq hissələrində gizlədilmiş 26 ədəd bağlamada ümumi çəkisi 47 kq 376 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Naxçıvan MR Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açıb.

Açar sözlər:

Oxunub: 500