Abşeronda 3 nəfər dəm qazından boğularaq ölüb


12:47     07 Yanvar 2022 22_01_07_1641543852.jpg

Abşeron rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.

Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yanvarın 6-da rayon ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışov kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 490