Salyanda 15 kq narkotiklə tutulan şəxsə 9 il həbs cəzası verilib
13:28 07 Yanvar 2022
Salyan rayonunda qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Abdulrəhim Axundova hökm oxunub, o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Femida.az -ın xəbərinə görə, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.
Həmçinin məhkəmə A.Axundovun 2 500 manat məbləğində cərimələyib.
Qeyd edək ki, A.Axundov 2021-ci ilin iyul ayında Salyan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.
Belə ki, ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan təmiz çəkisi 14 kiloqram 775 qram qurudulmuş marixuana, həyətyanı sahəsindən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş yaş vəziyyətdə çəkisi 19 kiloqrama yaxın olan 27 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Salyan RPŞ-də İstintaq Bölməsində cinayət işi açılıb.
Oxunub: 436
Oxşar xəbərlər
- Salyanda vətəndaşların kartlarından pul oğurlayan şəxs saxlanılıb
- Salyanda yol qəzasında xəsarət alan şəxslər xəstənada ölüb
- Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var
- Salyanda 4 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır
- Salyanda traktorla avtomobil toqquşub, xəsarət alanlar var
- Salyanda avtomobil maneəyə çırpılıb, ana və övladları xəsarət alıb
- Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs cərimələnib
- Salyanda 14 yaşlı yeniyetmə itkin düşüb
- Salyanda iki avtomobil toqquşub, ata və oğlu xəsarət alıb
- Salyanda baş verən qətlin bəzi təfərrüatları məlum olub