Bakıda daha bir marşrutun hərəkət sxemi dəyişdirilib


14:28     07 Yanvar 2022 22_01_07_1641546499.jpg

Bakıda sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq məqsədilə 93 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bu barədə Femida.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadeən xəbər verir.

Bildirilib ki, dəyişikliyə əsasən, yanvarın 8-dən 93 nömrəli müntəzəm marşrut xəttinin (“Dərnəgül” metrostansiyası - Sabunçu qəsəbəsi) hərəkət sxemi Abay Kunanbayev (7-ci mikrorayon) və Süleyman Sani Axundov (“Azadlıq prospekti” metrostansiyası) küçələrindən keçməklə təşkil ediləcək.

Açar sözlər:

Oxunub: 417