Sabahdan güclü külək əsəcək


18:27     07 Yanvar 2022 22_01_07_1641565702.jpg

Yanvarın 8-i səhərdən 9-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 8-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

Femida.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Azərbaycanın rayonlarında yanvarın 8-də bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Yanvarın 8-i axşam, 9-da gecə bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var.

Açar sözlər:

Oxunub: 243