Azərbaycan prezidenti “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklərlə bağlı sərəncam imzalayıb


01:01     08 Aprel 2015 ilham_aliyev_imza_2511140.jpg


Azərbaycan prezidenti İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 24 fevral tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

 

Femida.az-ın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının  prezidentinin aktlarının “Məhkəmələr və hakimlər haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək,  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

 

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məhkəmələr və hakimlər haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılmasını təmin edib  Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

 

Dəyişikliklərə əsasən, rayon (şəhər) məhkəməsi sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, rayon (şəhər) məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir. (Maddə 23-1)

 

Hərbi məhkəmə sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, hərbi məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir. (Maddə 34-1).

 

İnzibati-iqtisadi məhkəmə sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, inzibati-iqtisadi məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir. (Maddə 45-1).


Femida.az

Açar sözlər:

Oxunub: 622