Bakıda qanunsuz qum daşınması ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib


19:59     07 Yanvar 2022 22_01_07_1641567608.jpg

Xəzər rayonu, Zirə qəsəbəsi ərazisindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov Femida.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə vətəndaş Əsəd Ağayev tərəfindən “HOWO” markalı 99-RE-643 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə 2592 kubmetr həcmində qumun qanunsuz daşındığı və təbiətə 36 288 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

O qeyd edib ki, təbiətə dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Açar sözlər:

Oxunub: 374