Cəlilabadda zəncirvari yol qəzası olub, xəsarət alanlar var


20:34     07 Yanvar 2022 22_01_07_1641569674.jpg

Cəlilabad rayonunda zəncirvari yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Qəza zamanı "VAZ 2106", "VAZ 21011" və "VAZ 2101" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlar təcili yardım avtomobili ilə rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 352