Sumqayıtda xəstəxanada yanğın başlayıb


20:51     07 Yanvar 2022 22_01_07_1641571347.jpg

Sumqayıtda xəstəxanada yanğın başlayıb.

Femida.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

“112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 225