Yevlaxda yük maşını piyadanın ayağının üstündən keçib


21:05     07 Yanvar 2022 22_01_07_1641571528.jpg

Bakı-Qazax avtomobil yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə magistral yolun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"KamAZ" markalı yük maşını Yevlax şəhər sakini, 1953-cü il təvəllüdlü Mətləb Həsənovun sağ ayağının üzərindən keçib.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 508