Bu il şəhid ailələri və müharibə əlillərinə 500-dək fərdi ev veriləcək


21:44     07 Yanvar 2022 22_01_07_1641573156.jpg

Şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması işləri bu il daha da genişlənəcək. Eyni zamanda, bu işlər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlar üçün 500 fərdi ev də inşa etdirilir. 2022-ci ildə həmin evlər istifadəyə veriləcək.

Femida.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Həmçinin yaxın vaxtlarda Şəmkirdə Uşaq Bərpa Mərkəzi, Şamaxıda Psixonevroloji sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.

Qeyd edilib ki, hazırda respublikanın bir sıra bölgələrində (Quba, Sumqayıt, Gəncə, Sabirabad, Masallı və s.) də DOST Mərkəzlərinin açılmasına hazırlıq işləri aparılır.

Eyni zamanda, Masallı rayonunda Uşaq Reabilitasiya Mərkəzinin açılması planlaşdırılır.

Habelə Lənkəran və Xaçmaz rayonlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün sanator kurort tipli reabilitasiya müəssisələri açılacaq.

Açar sözlər:

Oxunub: 209