Bakıda avtomobillə vurulan qadın ağır xəsarət alıb


10:12     08 Yanvar 2022 22_01_08_1641619486.jpg

Bakıda 63 yaşlı qadını avtomobil vurub.

Femida.az -ın məlumatına görə, hadisə Yasamal rayonu, metronun “20 Yanvar” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, Bayramova Şəfiqə Nəbi qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki topuğun sınığı və sağ dirsək oynağının açıq çıxığı diaqnozu qoyulub. Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 240