Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi icraata götürülüb


10:58     08 Yanvar 2022 bicaq.jpg

Bakıda qətl törətməkdə təqsirləndirilən Mirşahid Mehdiyevin cinayət işi icraata götürülüb.

Femida.az -ın xəbərinə görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə araşdılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, qətl hadisəsi bu il avqustun 18-də Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, avqustun 22-də qəsəbə ərazisində 1994-cü il təvəllüdlü Əhəd Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilib.

Həyata keçirilən kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, avqustun 18-də zərərçəkmişin tanışı, 1985-ci il təvəllüdlü M.Mehdiyev, Əhəd Nuriyevə məxsus mobil telefonda olan videogörüntüsünün sonuncu tərəfindən silinməməsi səbəbindən aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

M.Mehdiyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Açar sözlər:

Oxunub: 231