Rusiyada kütləvi zəhərlənmə olub, ölənlər var


20:07     08 Yanvar 2022 22_01_08_1641658059.jpg

Rusiyanın Tümen şəhərində metil spirtindən kütləvi kütləvi zəhərlənmə qeydə alınıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Tümen vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, 2022-ci il yanvarın 3-dən etibarən Tümen şəhərinin Stavropolskaya və Rijskaya küçələrində yerləşən pərakəndə satış obyektlərində bir neçə vətəndaşa lisenziyasız metil spirti satılıb.

"Sibir bulaqları" adlı spirtli içkinin təsirindən doqquz nəfər ölüb.

Məlumata görə, keyfiyyətsiz məhsul satan dörd nəfər artıq saxlanılıb.

Açar sözlər:

Oxunub: 241