Qırğızıstan Prezidenti KTMT-nin bugünkü sammitində iştirak etməyəcək


11:10     10 Yanvar 2022 22_01_10_1641795052.jpg

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu gün videoformatda keçiriləcək sammitində iştirak etməyəcək.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Sammitdə Qırğızıstan Prezidentini Baş nazir Akılbek Japarov əvəzləyəcək.

Qeyd edək ki, bu gün KTMT-nin üzv ölkələrin liderləri Qazaxıstandakı mövcud vəziyyəti müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə fövqəladə toplantı keçirəcək.

Açar sözlər:

Oxunub: 541