Bakıda şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumata aydınlıq gətirilib


11:32     10 Yanvar 2022 22_01_10_1641795408.jpg

Bakı şəhəri Xətai rayonu 17 nömrəli tam orta məktəbdə şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumata aydınlıq gətirilib.

Femida.az -ın sorğusuna cavab olaraq məktəbdən bildirilib ki, bununla bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır.

"Ümumiyyətlə, 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir. Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır" - məktəbdən bildirilib.

Açar sözlər:

Oxunub: 444