FHN köməksiz 2 nəfəri xilas etdi


13:27     13 Yanvar 2016 1452271741_1.jpg

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


Femida.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 22:29-da başa çatmışdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1092