Beyləqanda avtomobil qadını vuraraq öldürüb


12:32     10 Yanvar 2022 22_01_10_1641796677.jpg

Beyləqan rayonunda avtomobil qadını vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 8-i saat 21 radələrində Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Şərq qəsəbəsi ərazsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Elşən Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən piyada, 1972-ci il təvəllüdlü Yeganə Hacıyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Açar sözlər:

Oxunub: 582