Qubada iki obyekt 4 000 manat cərimələnib


13:13     10 Yanvar 2022 22_01_10_1641797971.jpg

Qubada iki obyekt 4 000 manat cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən şadlıq evi və restoran aşkarlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı, obyektlərin məsul şəxsləri olan Çingiz Talıbov və Bəxtiyar Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4 000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Açar sözlər:

Oxunub: 512