Azərbaycanın Qazaxıstandakı səfirliyindən diplomatik korpusun mühafizəsi ilə bağlı açıqlama


10:28     11 Yanvar 2022 22_01_11_1641881330.jpg

Azərbaycanın Qazaxıstandakı səfirliyi diplomatik korpusun mühafizəsi ilə bağlı açıqlama yayıb.

Bu barədə Femida.az səfirliyin tviter səhifəsinə istinadən xəbər verir.

“Hər zaman olduğu kimi, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin inzibati binası (Nur-Sultan şəhəri) və Almatı şəhərindəki ofisi Qazaxıstan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən yüksək səviyyədə qorunur”, - səfirliyin yaydığı məlumatda vurğulanır.

Açar sözlər:

Oxunub: 486