Azərbaycanda evdən qaçan gəlin görün haradan tapıldı


11:33     11 Yanvar 2022 22_01_11_1641884603.jpg

Şəmkirdə itkin düşən qadın tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşları rayon sakini Gülbəsti Qurbanovanın itkin düşməsi ilə bağlı keçirdikləri müvafiq tədbirlərlə sonuncu Şirvan şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 24 yaşlı Güldəsti Qurbanova sonuncu dəfə dekabrın 31-i evdən çıxıb və geri qayıtmayıb. Qayınanasının sözlərinə görə, gəlini evdən qaçan zaman özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və evdə olan pulu aparıb. Həmin gündən sonra ondan xəbər olmayıb.

Açar sözlər:

Oxunub: 595