Ağsu sakinini məktəbdə elektrik cərəyanı vuraraq öldürüb


12:57     11 Yanvar 2022 22_01_11_1641891490.jpg

Ağsu rayonunda məktəbdə 24 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb.

Femida.az xəbər verir ki, hadisə rayonun 2 saylı tam orta məktəbində qeydə alınıb.

Belə ki, rayonun Qaraqoyunlu kənd sakini, 24 yaşlı Şərifov Xəyal İxtiyar oğlu məktəbdə təmir işləri apararkən ehtiyatsızlıqdan onu elektrik cərəyan vuraraq öldürüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma araşdırılır.

Açar sözlər:

Oxunub: 479