Ali təhsil stajına görə pensiyası artan şəxslərin sayı açıqlanıb
13:14 11 Yanvar 2022
Azərbaycanda ali təhsil stajına görə pensiyası artan şəxslərin sayı məlum olub.
Femida.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev məlumat verib.
Onun sözlərinə görə, 800 nəfərin pensiyasına ali təhsilin staja daxil edilməsi həyata keçirilib: “Həmin şəxslərin əmək pensiyası aylıq olaraq 20-25 manat artıb. Bu şəxslərin hər birinə də keçmiş dövr üzrə 600-700 manat fərq məbləği hesablanıb və hazırda da ödənilir”.
DSMF rəsmisi bildirib ki, stajın daxil edilməsi həmin şəxslərin bəzilərinin pensiya hüquqlarını təmin etməyə imkan verir.
Oxunub: 623
Oxşar xəbərlər
- Ali Məhkəmə Əli Əliyevin kassasiya şikayətini təmin etməyib
- Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub
- Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü vəfat edib
- Ali Məhkəmə sevgilisini öldürən qadınla bağlı qərar elan edib
- Ali Məhkəmə “Azərişıq” ASC-nin şöbə rəisi ilə bağlı qərar elan edib
- Ali Məhkəmə sevgilisinin qətlini sifariş edən qadınla bağlı qərar çıxarıb
- Ali məktəb və kolleclərə ərizə qəbulu başa çatıb
- Ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edilib
- Ali məktəblərin magistraturalarına qəbul imtahanı başa çatıb
- Ali Məhkəmə xəstəxanada ana ölümünə görə ginekoloqla bağlı qərar elan edib