MN: Kəlbəcər istiqamətində vəziyyət gərginləşib


20:24     11 Yanvar 2022 22_01_11_1641918945.jpg

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Bu barədə Femida.az -IN sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Açar sözlər:

Oxunub: 741