Qazaxıstanın yeni Baş naziri yeni hökumətin vəzifəsini açıqlayıb
10:30 12 Yanvar 2022
Qazaxıstanın yeni Baş naziri Alixan Smailov yeni kabinetin ilk iclasında hökumətin vəzifəsinin ölkəni genişmiqyaslı böhrandan çıxarmaqdan ibarət olduğunu deyib.
Bu barədə Femida.az “RİA Novosti”yə istinadən xəbər verir.
"Hörmətli hökumət üzvləri, biz bütün ölkə üçün çətin olan bu məqamda dövlət başçısının yüksək etimadını doğrultmalıyıq. Yeni hökumət Prezidentin xalqın həyat şəraitinin yaxşılaşdırılması, iqtisadiyyatın artım tempinin saxlanılması, pademiyaya qarşı mübarizə, terrorçuların və qarətçilərin vurdğuğu külli miqdarda ziyanın aradan qaldırılması və ölkəni geniş miqyaslı böhrandan çıxarılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün bütün səylərini göstərməlidir”, - deyə Baş nazir iclası açaraq bildirib.
Smailovun sözlərinə görə, bunlar çox mürəkkəb və irimiqyaslı vəzifələrdir.
“Onlar bizim işimizdən real nəticələr gözləyirlər”, - o, fikirlərini yekunlaşdırıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də respublika hökumətinin istefası haqqında fərman imzalayıb. Smailov baş nazir səlahiyyətlərini icra edib, yanvarın 11-də isə bu vəzifəyə təyin edilib.
Oxunub: 631
Oxşar xəbərlər
- Qazaxıstanın keçmiş müdafiə naziri saxlanılıb
- Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraq endirilib
- Qazaxıstanın 22 vətəndaşı Bakı Limanından ölkəsinə yola salınıb
- Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycana gəlib
- Qazaxıstanın hərbi gəmiləri Bakıda belə qarşılandı - VİDEO
- Qazaxıstanın Azərbaycandakı səfirinə yeni vəzifə verildi
- Qazaxıstanın adının dəyişdirilməsi təklif edildi
- Qazaxıstanın yüzlərlə sakini erməni diasporunun törətdiyi qətlə etiraz olaraq kütləvi aksiya keçirib