Bakıda sərnişin taksi sürücüsünü bıçaqla hədələyib


12:34     12 Yanvar 2022 22_01_12_1641976507.jpg

Bakıda sərnişin taksi sürücüsünü bıçaqla hədələyib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə dekabrın 28-də saat 22 radələrində A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini İ.Mirzəliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturmuş bir nəfərin onu bıçaqla hədələyib 70 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş S.Orucov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 254