Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü tutulub


12:47     12 Yanvar 2022 22_01_12_1641976560.jpg

Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü tutulub.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 10-da saat 18 radələrində Nərimanov rayonunun Baksol yolunda müəyyən edilməyən avtomobillə yolu keçən Lənkəran rayon sakini Fəzail İbrahimov vurulmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nərimanov Rayon Polis İdarəsinin Pİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Daf” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü Şəki rayon sakini R.Məmmədov saxlanılıb.

Açar sözlər:

Oxunub: 398