NATO Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb


18:55     12 Yanvar 2022 22_01_12_1641996970.jpg

NATO Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə və Alyansın müttəfiqlərinə qarşı fəaliyyət göstərməkdən çəkinməyə çağırıb.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq məlumat verib.

Onun sözlərinə görə, Rusiya ilə NATO arasında Ukrayna və Avropada təhlükəsizlik məsələsi üzrə fikir ayrılığı öz həllini tapmayıb: “NATO və Rusiya təlimlərin şəffaflığını, kibertəhlükəsizliyin səviyyəsini, silahlar üzərində nəzarəti artırmaq məqsədilə yeni görüşlər keçirmək niyyətindədir".

Qeyd edək ki, yanvarın 12-də NATO-Rusiya Şurasının toplantısı keçirilib.

Açar sözlər:

Oxunub: 216