Goranboyda qadını avtomobil vuraraq öldürüb


20:55     12 Yanvar 2022 22_01_12_1641997681.jpg

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.

Rayon sakini A.Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Ramidə Bayramovanı vurub.

Ağır xəsarətlər alan piyada yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 629