Gəncədə tanışını öldürüb zibilliyə atan şəxsə hökm oxunub


12:33     13 Yanvar 2022 22_01_13_1642054316.jpg

Gəncədə tanışını öldürməkdə təqsirləndirilən Sərdar Cəfərova hökm oxunub və o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Femida.az -ın məlumatına görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə 2021-ci il fevral ayının 19-da Gəncə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2002-ci il təvəllüdlü Musayeva Pərvin Xəqani qızının itkin düşməsi ilə bağlı Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub.

Daha sonra məlum olub ki, gənc qız qətlə yetirilib.

Araşdırmalarla P.Musayevanın tanışı, 2001-ci il təvəllüdlü Cəfərov Sərdar Saləddin oğlunun həmin tarixdə özünə məxsus avtomobildə qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı onu boğaraq öldürüb. Daha sonra o, meyiti Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə atıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Açar sözlər:

Oxunub: 255