Xidmət rəsmisi: "Şəkidə ağacların kəsilməsi ilə bağlı şikayət təsdiqini tapmayıb"


15:14     13 Yanvar 2022 22_01_13_1642066848.jpg

"Şəki şəhəri Ekonom marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb və məlum olub ki, sözügedən ünvanda ağac kəsintisi deyil, təhlükə yaradan bir neçə ağacın budanması həyata keçirilib. Odur ki, ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət həqiqəti əks etdirmir".

Bunu Femida.az-a Xidmət rəsmisi Bəhruz Məhəmmədov deyib.

O bildirib ki, həmin ərazidə fəaliyyət göstərən Kapital Bankın Şəki filialı tərəfindən bankın binasının qarşısında, Ekonom marketin yaxınlığında təhlükə yaradan iri gövdəli və çox hündür bir neçə ağacın budanmasına rəy verilməsi üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub: "Agentlik tərəfindən insanların həyatına təhlükə yaradan 6 ağacın budanmasına rəy verilib".

B.Məhəmmədov yaşıllıqlara qayğı və həssaslıqla yanaşaraq Xidmətə məlumat verən ictimaiyyət nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə görə təşəkkürünü bildirib, eyni zamanda ağacların budanmasını kəsilmə kimi təqdim edərək ictimaiyyətdə çaşqınlıq yaratmamalarını xahiş edib.

Açar sözlər:

Oxunub: 546