Ərdoğan Avropa İttifaqını tənqid edib


18:56     13 Yanvar 2022 22_01_13_1642085831.jpg

“Atdığımız addımlara Avropa İttifaqı tərəfindən gözlədiyimiz qarşılığı ala bilmədik”.

Femida.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşdə söyləyib.

“Gömrük ittifaqının yenilənməsi başda olmaqla, bu müsbət gündəmi həyata keçirməmək üçün bizə qarşı başqatma taktikaları tətbiq edildi. Bəzilərinin tam üzvlüklərindən istifadə edərək bu prosesə maneə yaratmaları məlumdur. Ancaq əsl üzərində düşünüləsi məsələ İttifaq mənfəətlərinin bir neçə üzv ölkələrin ehtiraslarına qurban verilməsidir. Əsas məsələ İttifaqın iradəsinin bir neçə dövlət tərəfindən əsir alınmasıdır”, - o vurğulayıb.

Açar sözlər:

Oxunub: 521