Astara sakinində qanunsuz odlu silah aşkarlanıb


19:00     13 Yanvar 2022 22_01_13_1642086086.jpg

Astara sakinində qanunsuz odlu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini T.Ağayevdən qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin silah aidiyyəti üzrə təhvil verilib. T.Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılmasından ötrü Astara Rayon Məhkəməsinə göndərilib.

Açar sözlər:

Oxunub: 535