İmişlidə mağazada yanğın olub


09:30     14 Yanvar 2022 22_01_14_1642139916.jpg

İmişli şəhərində ərzaq mağazasında yanğın olub.

Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhər ərazisində ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli obyektin (1-ci mərtəbəsi ərzaq mağazası, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) birinci mərtəbəsinin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 462