İlham Əliyev İsrail Prezidentinə başsağlığı verib


11:48     14 Yanvar 2022 22_01_14_1642142921.jpg

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa başsağlığı məktubu göndərib.

Femida.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Ananız - Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".

Açar sözlər:

Oxunub: 211