Umayra Tağıyeva: "Havalar yenidən soyuyacaq, yağıntılar davam edəcək"


13:28     14 Yanvar 2022 22_01_14_1642147906.jpg

“Yanvarın 16-sı axşam saatlarından başlayaraq yanvarın 17-si gündüzədək növbəti soyuq atmosfer cəbhəsinin keçməsi proqnozlaşdırılır”.

Bunu Femida.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bununla bağlı ölkə ərazisində yağıntılı hava şəraiti yenidən bərqərar olacaq: “İntensivlik haqqında dəqiq məlumatlar yaxın günlərdə təqdim ediləcək”.

Açar sözlər:

Oxunub: 230