Prezident İlham Əliyev Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib


16:55     14 Yanvar 2022 22_01_14_1642164966.jpg

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib.

Femida.az -ın xəbərinə görə, dövlət başçısı dəvətini yanvarın 14-də Kiyevdə V.Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən çatdırıb.

“Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, - Azərbaycan lideri bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün ikitərəfli 6 sənəd imzalanıb.

Açar sözlər:

Oxunub: 226