Evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanılıb
09:40 15 Yanvar 2022
Yaşadığı evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az -a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Bəhruz Xudiyevin yaşadığı evdə qumar oyunları təşkil etməsi müəyyən olunub.
Keçirilən baxış zamanı oradan qumar oyunlarına qoyulan pul vəsaiti, oyun kartları aşkarlanaraq götürülüb. Həmçinin həmin ünvanda qanunsuz qumar oynayan 7 nəfər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 410
Oxşar xəbərlər
- Mingəçevir evdə qadın meyiti tapılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Bakıda xadimə işlədiyi evdən 24 min manat pul oğurlayıb
- Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb
- Bakıda evdən oğurluq edilib
- Ağdaşda əcnəbi evdən oğurluq edib
- İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
- Ukrayna Prezidenti Kiyevdə Xorvatiyanın baş naziri ilə görüşüb
- Göygöldə evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb